Qaymaq - süd məhsuludur

   Qaymaq — süd məhsuludur. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.

 

  • Süd
    Süd
  • Qatıq
    Qatıq
  • Süzmə
    Süzmə
  • Pendir
    Pendir
  • Şor
    Kəsmik
  • Kərə yağı
    Kərə yağı
  • Xama
    Xama
  • Qaymaq
    Qaymaq