Məqsədimiz
Südün qədimlərdən gələn bərəkətini, saflığını, təbiiliyini qorumaq şərti ilə və eyni zamanda insanların sağlamlığını
düşünərək, yüksək texnologiyaları tətbiq etməklə beynəlxalq standartlara uyğun təbii və ləzzətli məhsullar təqdim
etməkdir.


Hədəfimiz
Süd və süd məhsulları sektorunda Azərbaycanın ən sevilən və güvənilən markasına çevrilmək.
“Bakı Süd CO” MMC Abşeron rayonunun ən böyük süd emalı müəssisələrdən biridir. Müəssisə gündəlik 60 çeşiddən
çox məhsul istehsal edərək 20 tona yaxın süd emal edir. Müəssisənin xammal bazasının əsasını təşkil edən təbii süd
ölkənin cənub bölgələrindən toplanır. Hazır məhsulun və təbii xammalın ciddi laborator nəzarəti , texnologiyaya dəqiq
riyayət olunması, keyfiyyətə effektiv nəzarət sistemi, müasir avropa avadanlığından istifadə və bu sahədə yalnız peşə-
karlarla çalışmağımız buraxılan məhsulların yüksək keyfiyyətinə və gözəl dadına zamanət verir.
İşgüzar münasibətlərimiz şəffaflıq, ortaqlar və müştərilər ilə qarşılıqlı faydalı əməkdaşlıq, aşkarlıq, açıqlıq prinsipləri
üzərində qurulmuşdur.
“Bakı Süd CO” MMC - ənənəyə sədaqət, keçmişdən gələn dad və zaman ilə yoxlanılmış yüksək keyfiyyət və güvəndir.

  • Süd
    Süd
  • Qatıq
    Qatıq
  • Süzmə
    Süzmə
  • Pendir
    Pendir
  • Şor
    Kəsmik
  • Kərə yağı
    Kərə yağı
  • Xama
    Xama
  • Qaymaq
    Qaymaq